16 yanvar 2011 00:02
AÇ-2011: İraqla İran üçün 1:0
Qətərdə düzənlənən Asiya çempionatında ikinci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin doqquzuncu oyun günündə D qrupunda qərarlaşan komandalar növbəti görüşlərini keçiriblər.
Günün ilk oyununda İranla Şimali Koreya yığmaları öz araralarındakı münasibətlərə aydınlıq gətiriblər. İlk oyununda qələbə qazanan qonşularımız ikinci matçında da koreyalılar üzərində minimal hesabla üstün olub. İlk oyununda İrana uduzan İraq isə bu dəfə Birləşmiş Ərəb Əmirlikləri üzərində qələbə qazanmaqla, şanslarını artırıb. Ərəblərə məğlubiyyət gətirən qolun son saniyələrdə avtoqol sayəsində gerçəkləşdiyini xüsusi qeyd edək.
Asiya Kuboku
Qrup mərhələsi
14 yanvar
C qrupu
İran – Şimali Koreya – 1:0
Qol: Ansarifard, 62.
BƏƏ – İraq – 0:1
Qol: 90-öz qapısına.
| 1 | Iran | 2 | 2 | 0 | 0 | 3 | - | 1 | 6 |
| 2 | Iraq | 2 | 1 | 0 | 1 | 2 | - | 2 | 3 |
| 3 | Şimali Koreya | 2 | 0 | 1 | 1 | 0 | - | 1 | 1 |
| 3 | BƏƏ | 2 | 0 | 1 | 1 | 0 | - | 1 | 1 |
