16 yanvar 2011 00:05
`Fenerbahçe`nin Quiza həsrəti başa çatdı
Uzun müddətdi zədədən əziyyət çəkən, komandadan ayrılacağı haqda çoxsaylı şayiələr dolaşan `Fenerbahçe`nin ispaniyalı hücumçusu Daniel Quiza nəhayət ki, komandasının düşərgəsinə dönərək, ümumi hazırlıqlarda iştirak etməyə başlayıb. Azerisport.az xəbər verir ki, dövrələrarası fasilə dönəmində Antalyada təlim-məşq toplanışına yığışan İstanbul klubunun legioner hücumçusu bu mövsüm ilk dəfə İstanbul klubunun düşərgəsində məşqlərə başlayıb.
Qeyd edək ki, `Fenerbahçe` hazırlıq prosesi çərçivəsində bu gün “Mardan” stadionunda `Samsunspor`la ilə hazırlıq matçı keçirəcək. Quizanın bu sınaq matçında forma geyməsi isə çətin görünür. Çünki uzun müddətdi məşq etməyən futbolçunun formada olmadığı bildirilir.
