16 yanvar 2011 00:14
Karabaxstyan Məmmədovun qərarına münasibət bildirdi
Qazaxıstanın `Atırau` klubunun sabiq futbolçusu Tiqran Karabaxtsyan komandanın yeni azərbaycanlı baş məşqçisi Ramiz Məmmədova cavab verib. Azerisport.az xəbər verir ki, bu günlərdə həmyerlimiz onun rəhbərlik etdiyi komandada erməni futbolçunun yer almasının qeyri-mümkün olduğunu dilə gətirməklə, qalmaqala səbəb olmuşdu.
sports.kz saytına açıqlamasında erməni futbolçu baş verənlərə belə münasibət bildirib: “Hesab edirəm ki, Məmmədovun bəyanatı çox tipik və idmandan kənardı. Peşəkar məşqçi üçün onun rəhbərliyi altında kimin oynamasının heç bir önəmi olmamalıdı. Onun üçün başlıca məqam futbolçunun hansı millətə mənsub olması yox, klub üçün göstərdiyi çıxışı olmalıdı. Onun bəyanatı daha çox siyasi xarakter daşıyır və heç bir idman meyarları ilə heç bir əlaqəsi yoxdu. `Atıraru` məni çox yaxşı qəbul etmişdi və mən özümü orda çox yaxşı hiss edirdim. Buna görə klubun azarkeşlərinə minnətdaram ki, mənə belə dəstək verdilər”.
Qeyd edək ki, bu futbolçu `Atırau`da 2010-cu il noyabr ayının 15-dən etibarən icarə əsasında çıxış edirdi. Hazırda isə o, məxsus olduğu İrəvanın `Kirikiya` klubuna qayıdıb.
