17 yanvar 2011 13:14
Vermalen: Bu, Azərbaycanla oyun öncəsi əla sınaq olacaq
Belçika yığmasının müdafiəçisi Tomas Vermalen komandasının AÇ-2012-nin seçmə mərhələsinin növbəti oyunlarına hazırlığı haqda danışıb. Azerisport.az xəbər verir ki, millimizlə eyni qrupda yer alan belçikalıların müdafiəçisi ölkəsindən olan jurnalistlərə bunları söyləyib:
“Fevralın əvvəlində bizi Finlandiya ilə çətin oyun gözləyir. Ancaq bu, həm də AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya və Azərbaycanla oyunlar öncəsi (25 və 29 mart) əla sınaq olacaq. Sadəcə mən ehtiyatlı danışmağı lazım bilirəm. İnanıram ki, komandamız qrupdan çıxa biləcək. Hələ də Avstriya ilə oyunu (4:4) unuda bilmirəm. Bu, inanılmaz bir şey idi”.
