17 yanvar 2011 01:12
Aleksandr Starkov: Hər yarım ildən bir heyət dəyişmək olmaz
Artıq rəsmən `Bakı`nın baş məşqçisi təyin edilən Aleksandr Çertoqanov azerisport.az saytına və “Zerkalo”ya müsahibə verib.
- `Bakı`dakı ilk iş gününüz necə keçdi?
- Mənim hələlik komandayla tanışlıq üçün elə də çox vaxtım olmayıb. Ancaq görürəm ki, çox yaxşı və güclü bir kluba gəlmişəm. Klub rəhbərliyi komandaya az diqqət göstərmir. Mənə burda olmaq çox xoşdu. Mən çalışacağam ki, bütün ustalığımı və biliyimi bu komandaya həsr edim ki, nəticələrimiz daha yaxşı olsun. Hələlik kollektivlə tanış oluram. Futbolçulara da lazımdı ki, bu dəyişikliyə və mənim tələblərimə alışmaq lazımdı. Görürəm ki, uşaqlar bir-birilə mehriban davranırlar. Hansı ki, bu, çox vacibdi.
- Sizin üçün komandanın bütün oyunlarından videoyazılar təşkil olunmuşdu. Artıq özünüz üçün müəyyən nəticələr çıxarmısızmı?
- Dəqiq deyə bilərəm ki, Azərbaycan çempionatı çox güclü birincilikdi. Bura gələn futbolçu üçün dərhal oynamaq çox çətindi. Uyğunlaşmaq üçün vaxt lazımdı. Görürəm ki, heç mənim özümü də elə-belə iş gözləmir. Bütün gücünü qoymaq lazımdı ki, uğur qazanasan. Mən bura Latviya çempionatından gəlmişəm. Bu, mənim üçün bir çağırışdı və buna hazıram. İstəyirəm ki, gələcəkdə məni `Bakı`da ancaq yaxşı xatirələrlə yada salsınlar.
- Siz artıq Azərbaycan komandalarına qarşı oynamısız...
- Həm milli, həm də klub komandaları səviyyəsində oynamışam. Çempionlar Liqasında da qarşılaşmışam. Azərbaycan futbolu xeyli yaxşı oyunçular yetişdirib.
- Sizin `Bakı`yla müqaviləniz nə qədər müddəti əhatə edir?
- 2,5 illik müqavilə imzaladıq. Ümid edirəm ki, bizim işbirliyimiz uğurlu alınacaq. Hər şeyi edəcəm ki, klub rəhbərliyi mənlə işlədiyinə peşman olmasın.
- Komandada çox dəyişiklik olacaq?
- Klubda hər yarım ildən bir rotasiyaya əl atmaq düzgün deyil. Ötən yay komandadan heç də az oyunçu getməyib. Başlanğıc üçün hələlik oyunçuların bacarığıyla tanış olmalıyam. Onların səviyyəsini bilməliyəm, imkanlarını aşkar etməliyəm. Ondan sonrasına baxarıq.
- Hardan və hansı bölgələrə oyunçular gətirəcəksiz?
- Mən hadisələri qabaqlamaq istəmirəm. Mən görsəm ki, hansısa mövqeni gücləndirmək lazımdı, bunu mütləq edəcəyik. Ona görə ki, klub rəhbərliyi də bu məsələdə çox loyal mövqedədi. Hər şey mənim əlimdədi və transfer üçün mümkün variantlarım da var.
- Qarşınıza hansı vəzifə qoyulub?
- Komandanın daha yaxşı nəticələr qazanmasına əlac tapmaq.
- `Bakı`nı sizə çox çətin vaxtda etibar ediblər. Qorxmursuz ki, uğursuzluq sizi çətin vəziyyətdə qoya bilər? Axı sizin ixtiyarınızda cəmi 3 tur var..
- Qorxmuram. Əks halda mən burda olmazdım. İmkanlarımız çoxdu. Odu ki, ən yaxşısına ümid edirik. Sadəcə bu imkanları açmaq lazımdı. Ən başlıcası isə, futbolçularda olan potensialı ümumi nəticələrdə əks etdirməkdi.
- Demək olar ki, bütün rəqibləriniz Antalyadadı və yaxın iki həftə ərzində bir sıra yoxlama matçları keçirəcəklər. Onları izləməyə hazırlaşmırsız?
- Əlbəttə, mən tanışlığımı davam etdirmək istəyirəm. Baxmayaraq ki, əsas diqqətimi öz komandama yönəltmək istəyirəm. Növbə ilə rəqiblərlə də tanışlığımı davam etdirəcəm.
