17 yanvar 2011 01:42
`Turan` Antalyaya getdi və... əllə futbol oynadı
Təlim-məşq toplanışını Türkiyədə keçirməyi panlaşdıran `Turan` artıq dünəndən Antalyadadı. Azerisport.az xəbər verir ki, buradakı `Rose Residance` otelində məskunlaşan Tovuz klubu artıq qardaş ölkədə ilk məşqinə də çıxıb.
Yol yorğunluğu olmasına baxmayaraq məşq yüksək əhval-ruhiyyədə keçib. Hazırlığa yüngül qaçışla start verilib, daha sonra futbolçular iki heyətə bölünərək ikitərəfli oyunda qüvvələrini sınayıblar. Ən maraqlısı isə, bu oyunda futbolçuların ötürmələri ayaqla yox, əllə etmələri olub. Daha isə komanda fiziki hazırlıq üzrə məşqşi Yevgeni Qorqadzenin rəhbərliyi altında çalışıb.
`Turan`ın bu günkü məşqləri səhər saat 11:00-a, axşam məşqi isə saat 17:00-a planlaşdırılıb.
