17 yanvar 2011 02:00
`Bakı` Türkiyədə Jaba, Roşa və Sissokosuz hazırlaşır
Artıq Antalyaya gedən və "Su sesi" otelində məskunlaşan `Bakı` qardaş ölkə Türkiyədəki hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, məşqə Jaba, Cefferson, İbrahim Karqbo, Roşa və Xalidu Sissoko istisna olmaq bütün futolçular qatılıb.
Komandanın yeni baş məşqçisi Aleksandr Starkov hazırlığın ilk günü yüngül məşqlə kifayətlənib. Paytaxt klubunun heyətində zədəli və xəstə futbolçular yoxdu. Jaba, Roşa və Ceffersonun Antalyaya bu gün gələcəyi gözlənilir. İcazəli olan İbrahim Karqbo və Xalidu Sissoko isə düşərgəyə yanvarın 18-də qatılacaqlar.
