17 yanvar 2011 14:40
Piçurka `Xəzər Lənkəran`da (FOTO)
`Xəzər Lənkəran` Rumıniyanın `Universitatea` klubunun hücumçusu Aleksandr Piçurkanın yolunu gözləyir. Azerisport.az xəbər verir ki, Rumıniya millisinin baş məşqçisi Viktor Piçurkanın oğlu olan bu futbolçunun cənub təmsilçisiylə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, karyerasına Buxarest `Steaua`sında başlayan oğul Piçurka `Regensburg`, `Caracal`, Sofiya CSKA-sı, `Panduri` və `Braşov`da da forma geyinib.
