17 yanvar 2011 02:18
AZAL Türkiyəyə qələbəylə yollanır
AZAL Bakıda keçirilən təlim-məşq toplanışını qələbə ilə başa vurub. Azerisport.az xəbər verir ki, hazırlığın son günündə “Şəfa” stadionunda baş tutan oyunda Nazim Süleymanovun komandası `Simurq`un qapısına iki top vurmaqla rəqibi məğlub yola salıb.
Matçda hesabı Nuqzar Kvirtiya açsa da, zaqatalalılar az sonra bunun əvəzini çıxa biliblər. Lakin ikinci hissədə üstünlüyü tamamilə ələ alan AZAL daha bir dəfə rəqibi mərkəzə dəvət edib. Bu dəfə isə Qvidas Yuska fərqlənib - 2:1.
Beləliklə, hazırlığın birinci mərhələsini yekunlaşdıran AZAL iki günlük aradan sonra məşqləri Antalyada bərpa edəcək.
