17 yanvar 2011 15:46

Kamran Ağayev: Hətta milyard da təklif etsələr, gedəcəm

Azərbaycan yığmasının və `Xəzər Lənkəran`ın qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibəsində yeni gələn oyunçular, hazırlıq prosesi, çempionatın qalan dövrü və komandasındakı qapıçılar arasında olan rəqabətdən danışıb. Təcrübəli qolkiper ilk olaraq komandasının dünən keçirilən Qazaxıstanın `Atirau` klubuyla sınaq matçına toxunub.
 
- Mən ilk növbədə həm Ramiz Məmmədova, həm də Elxan Abdullayevə `Atırau`da uğurlar arzulayıram. Mən həmişə demişəm ki, bizim bacarığımız çox yükəskdi.
 
- Komandadakı ciddi dəyişiklikləri necə qəbul edirsiz?
- Milli komandamızın qarşıdakı toplanışları səbəbindən mənim yeni gələnlərə uyğunlaşmağım bir qədər çətin olacaq. Bu Mirça Rednikin işidi. Dəyişiklik etməyə qərar verdi. Mən bu haqda nəsə deyə bilmərəm. Sadəcə bizə vaxt lazım olduğunu düşünürəm. Görüləsi çoxlu işimiz var.
 
- Necə hesab edirsiz, Rumıniyadan gələn legionerlərin səviyyəsi sizə kömək edəcək?
- Legionerlərin sayının çox olmasına baxmayaraq, mənə elə gəlir ki, o, bizə - yerli futbolçulara da üstünlük verəcək. Hər bir məşqçinin daha çox bel bağladığı futbolçular olur. O, daha yaxşı bilir və başa düşür ki, kimləri dəvət etmək lazımdı. Onun işinə hörmətlə yanaşıram.
 
Rednik yaxşı insandı. Ondan mən hələ heç bir pislik görməmişəm. Belə insanları sevirəm. Onunla söhbətlərim olur. Ancaq məşqçilər var ki, tam fərqli xüsusiyyətlərə malikdilər.
 
- Siz vaxtdan danışdız. Ancaq fevralın 13-də artıq `Neftçi`ylə oyununuz var...
- Biz də bakılılar kimi hazırlaşırıq. Mən demirəm ki, biz hazır deyilik. Sadəcə daha çox işləmək lazımdı. Əlbəttə, əgər biz boş əllə çıxsaq, uduzarıq. Komanda bunu dərk etməlidi. Birdə ki, biz sadəcə `Nefçti` ilə oyuna hazırlaşmaq üçün bura gəlməmişik. Ola bilər ki, onlar bu məqsədlə gəliblər. Ancaq biz mövsümün bundan sonrakı daha çətin dövrünə hazırlaşmaq istəyirik.
 
- Denis Romanovsu necə yola saldın, yeni gələn qapıçıyla görüşmüsən?
- Hər iki qapıçının səviyyəsi yaxşıdı. Yaxşı qapıçının olması mənim üçün də faydalıdı. Qoy mən gedəndə də komandada yaxşı qapıçı olsun. Mən söz vermişəm ki, burdan gedəcəm. Əgər xaricə gedə bilməsəm, insanlar bir əlimdə siqaret, digər əlimdə şərab qədəhi görəcəklər. Zarafat bir yana: demişəm ki, 25 yaşımda gedəcəm. Klub rəhbərliyi ilə də belə razılaşmışıq. Hətta mənə milyard təklif etsələr də, gedəcəm. Bu, o demək deyil ki, XL-da qalmaq istəmirəm, sadəcə karyeramı ölkə xaricində davam etdirmək istəyirəm.
 
- Qorxmursuz ki, rumıniyalı mütəxəssissiz ola-ola daha çox öz həmyerlisinə üstünlük versin?
- Belə şeyləri düşünmürəm. Legionerlərin səviyyəsinin yüksəkliyi baş ağrısı gətirməməlidi. Əəcnəbi bura gəlirsə, hesab edirəm ki, burda ehtiyatda oturmamalıdı. Allah eləsin ki, legioner limiti bir qədər aşağı salınsın. Bizdə hələlik bu baxımdan yaxşıdı. Çempionluq üçün komandada rəqabətin olması da çox vacibdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.