17 yanvar 2011 15:57
Lion `Olimpik`inin yetirməsi `Neftçi`də ilk məşqinə çıxdı (FOTO)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan `Neftçi` hazırlığını gündə iki dəfə olmaqla davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün səhər saatlarında `Titanik` otelinin meydançasında məşq keçiblər.
Flaqmanın heyətində baxışda olan futbolçu Yasin Hima da hazırlıqda iştirak edib. O, paytaxt klubunun düşərgəsində ilk məşqinə çıxıb. Qeyd edək ki, Əlcəzair əsilli Fransa vətəndaşı olan Hima 1984-cü il martın 25-də dünyaya gəlib. Son klubu Belçika `Eupen`i olan futbolçu 2003-2005-ci illərdə Lion `Olimpik`inin aşağı yaş qrupları üzrə komandalarının şərəfini qoruyub. 2004-2007-ci illərdə əsas komandaya cəlb olunan futbolçu əsas heyətə düşə bilməyib.
Hima 2006-cı ildə iki dəfə Əlcəzair millisinə də çağırılıb.
