17 yanvar 2011 16:53
`Qarabağ` `Jetisu` ilə oyunu gözləyir
`Qarabağ`Antalyada təlim-məşq toplanışının 9-cu gününə qoydu. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi günü tək məşqlə keçirib.
Saat 10:30-da baş tutan çalışma 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından futbolçular 3 qrupa bölünüb `kvadrat` oynayıblar. Sonra isə 2 qrup halında sürət və driblinq üzərində məşq ediblər. Məşqin sonunda isə 2 komandaya bölünən futbolçular 4 qapıya futbol oynayıblar. Meydanın yarısında baş tutan oyunda şərti olaraq sarı və göylərə bölünən komandamız təxminən 30 dəqiqə bu çalışma üzərində məşq ediblər. `Göylər`in 4:2 üstünlüyü ilə bitən mini-matçla günün tək çalışması beləcə başa çadıb.
Qeyd edək ki, bu günki çalışmada xəstəliyi səbəbindən Namiq Yusifov və Zaur Həşimov iştirak etməyib. Ötən gün zədələnənlərdən Rauf Əliyev məşqdə iştirak etsə də, Maksim Medvedev qaçmaqla kifayətlənib. Əfran İsmayılov isə komandayla çalışmalarda iştirak etdi.
Xatırladaq ki, sabah komanda yerli vaxtla 12:00-da Qazaxıstanın `Jetisu` klubuyla yoxlama oyunu keçirəcək.
