17 yanvar 2011 17:54
Balotelli: Joze Mourinyo ədəbsizdi
Madrid `Real`ının portuqaliyalı baş məşqçisi Joze Mourinyonun ünvanına son günlər tənqidlər çoxalmağa başlayıb. Azerisport.az xəbər verir ki, bu dəfə onu keçmiş yetirmələrindən biri – İngiltərənin `Manchester City` klubunun italiyalı futbolçusu Mario Balotelli tənqid edib.
Portuqaliyalı mütəxəssislə hələ `Inter`də birlikdə çalışarkən tez-tez aralarında problemlər yaranan qaradərili hücumçu “La Gazzetta dello Sport”a müsahibəsində gözlənilməz açıqlamayla çıxış edib: “Mourinyo dünyanın ən yaxşı məşqçisidi. Amma bir insan olaraq ədəbsizdi və hörməti öyrənməsi lazımdı”.
Qeyd edək ki, bu günlərdə Almaniyanın futbol əfsanəsi Frants Bekkenbauer də Mourinyonun çox kobud biri olduğunu söyləymişdi.
