17 yanvar 2011 18:01
Xaqani Məmmədovla Mario Souza `Simurq`da
Premyer Liqada qalmaq üçün təcrübəli oyunçularla güclənmək istəyən `Simurq` artıq 4 belə futbolçuyla razılığa gəlib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi son ölkə çempionu `İnter`dən uzaqlaşdırılan Mario Souza, Felipe Maçado, `Xəzər Lənkəran`dan uzaqlaşdırılan Xaqani Məmmədov, həmçinin birinci divizionun lideri `Abşeron`la yollarını ayıran Emin Quliyevə qucaq açıb.
Bütün bu futbolçuların məhz bölgə təmsilçisiylə ilkin razılığa gəldiyi bildirilsə də, hələlik rəsmi müqavilə bağlanılmayıb. Qeyd edək ki, `Simurq`da daha bir təcrübəli futbolçu – Samir Əliyev də forma geyinir.
