17 yanvar 2011 18:28

Valeri Çalıy: Söz verirəm ki, futbolçularım `İnter`in qapısına qol vuracaq

“Birlik Kuboku”nda son Azərbaycan çempionu `İnter`in qrupdakı sonuncu rəqibi olan Moldovanın `İskra-Stal` klubunun baş məşqçisi Valeri Çalıy sabahkı həlledici görüş ərəfəsində azerisport.az saytına müsahibə verib.
 
- Komandanızın turnirdəki çıxışını necə qiymətləndirirsiz?
- Bizdə qol vəziyyətlərindən yararlanmaqla bağlı problemlər var. `Neftçi` ilə oyunun hələ birinci hissəsində qol vurmağa borclu idik. `İstiqlal` ilə görüşdə bizə ancaq qələbə lazım idi. Amma deməliyəm ki, rəqibimizin qapıçısı çox gözəl oyun sərgilədi və komandasının da xal qazanmasında böyük rol oynadı. Biz praktiki cəhətdən qrupdan çıxmışıq. İndi bizi sadəcə qrupdakı son oyunumuz həyəcanlandırır. Bütövlükdə götürdükdə isə, komandamın çıxışından razı detiləm.
 
- Mümkündü ki, komanda yaxşı hazırlaşmayıb?
- Bəli, hazırlaşmağa vaxtımız demək olar ki, olmadı. Mən yanvarın 4-dən komandayam. Bu müddət ərzində mən sadəcə komandanı tanımaqla məşğulam. Mənim təyinatımdan sonra komandadan bir sıra futbolçular getdi. Üstəlik Tsaranu da zədələnib və buna görə Sankt-Peterburqa gətirə bilməmişik. Bütün bunlardan sonra hansı hazırlıqdan danışmaq olar? Mən ilk iki oyunda sadəcə səsimi itirməklə məşğul olmuşam. Nə qədər qışqırmaq olar?
 
- Azərbaycan çempionu - `İnter` haqda nə deyə bilərsiz?
- Sizin olduqca yaxşı komandanız var. Çox yaxşı da heyətə malikdi. Ad çəkməyəcəm. Sizin uşaqları işbaşında görmüşəm. Düzdü, “Birlik Kuboku” dövründə hələ izləyə bilməmişəm. Ancaq məndə `Lech` - `İnter` matçının videoyazısı var. Bakılılar səfərdə çox yaxşı oynayıb. `İnter`in baş məşqçisi də təcrübəlidi. Ancaq bütün bunlara baxmayaraq, biz sonadək döyüşməli olacağıq.
 
`İnter`in qarşısında çox ciddi vəzifələr qoyulub. Biz isə ilk dəfə çıxış etdiyimiz bu turnirdə mümkün qədər çox qalmağa çalışırıq. Bizim taleyimiz öz əlinizdədi. Hələ qrupdan çıxmamışıq. Buna görə də ancaq qələbə üçün oynayacağıq. Sizin `İnter` bizi qorxutmur. Sadəcə bu oyun həlledici olacaq. Bizim üçün elə də vacib deyil növbəti mərhələdə kiminlə düşəcəyik. Başlıca olan qrupdan çıxmaqdı.

- Azərbaycan çempionu üzərində qələbəyə necə güvənirsiz?
- Bilirəm ki, Azərbaycan futbolu indi inkişafdadı. Ancaq heç bir komanda uduzmağı arzulamır. Siz çox maraqlı sual verdiniz. Elə isə siz deyin, `İnter` bizə qalib gələcəyinə arxayındı?
 
- Əminik. Bizə sadəcə maraqlıdı ki, siz `İnter`lə oyuna necə hazırlaşmısız?
- (gülür) Mən bilirəm `İnter`ə qarşı necə oynamaq lazımdı. Sizin yaxşı komandanız var. Hansı ki, iki oyunda qapısından qol buraxmayıb, əvəzində 6 qol vurub. Söz verirəm ki, futbolçularım sizin qapıçıya qol vuracaq. Biz komandanızın zəif yerlərini tapacağıq. Şanslar bərabərdi. Lomaya ilk iki oyunda qol buraxmasa da, bu dəfə elə olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.