17 yanvar 2011 18:56
Milli komandamızın heyətində dəyişiklik edildi
Xəbər verdiyimiz kimi, yanvarın 18-dən 30-a qədər 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, daha əvvəl açıqlanmış heyətə adı daxil olunan Namiq Ələsgərov zədələndiyi üçün yığmanın hazırlıq prosesinə Emil Həşimov dəvət olunub.
