17 yanvar 2011 20:02
Rednik yayda `Xəzər Lənkəran`ı tərk edə bilər
`Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik ölkəsinə qayıdacağı tarixi açıqlayıb. Azerisport.az xəbər verir ki, Rumıniya mətbuatına açıqlamasında cənub təmsilçisinin çalışdırıcısı bunları dilə gətirib:
“Ola bilər ki, mövsümün sonunda `Dinamo`ya qayıdım, amma hazırda `Xəzər Lənkəran`la müqaviləm qüvvədədi. Çox istəyirəm ki, Azərbaycan çempionu olum. Əgər bunu bacarmasam, mümkündü ki, Rumıniyaya qayıdım”.
