18 yanvar 2011 14:48
`İnter` `İskra-Stal`ı da udub, 1/4-ə lider kimi çıxdı (YENİLƏNİB)
Bu gün “Birlik Kuboku”nun qrup mərhələsinin son turunda Azərbaycan çempionu `İnter` Moldovanın `İskra-Stal` klubu ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, komandamız hələ ikinci turdan sonra növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmişdi.
Bu dəfəki görüş “bankirlər” üçün sadəcə qrup liderliyi baxımından əhəmiyyət daşıyırdı. Bu mənada hətta heç-heçə də `İnter`i zirvədə saxlayacaqdı, uduzacağı halda isə qrup ikincisi kimi pley-offa vəsiqə qazanacaqdı. Heç-heçə elə Moldova təmsilçisinin də qrup ikincisi kimi növbəti mərhələyə adlamasına şərait yaradacaqdı. Uduzacağı halda da buna çox yaxın olan `İskra-Stal`a sadəcə qrupun digər matçında Türkmənistan `İstiqlal`ının Qırğızıstan `Neftçi`sinə böyükhesabla qalib gəlməməsini arzulayacaqdı. Lakin `İnter` bu görüşdə də qələbə qazandı, rəqibi isə qrupda qaldı.
Birlik Kuboku
Qrup mərhələsi (3-cü tur)
18 yanvar
A qrupu
İNTER – İSKRA-STAL - 1:0 (0:0)
Qol: Əmiraslanov, 80.
İNTER: Lomaya (Ağayev, 46), Kruqlov (Kandelak, 46), Assioli, Abramidze (Levin, 65), Mjavandze (Daşdəmirov, 46), Rəhimov, Despotovski (Asif Mirili, 70), Əmiraslanov, Yeqorov (Abdulov, 74), Stepanov (Genov, 46), Sxdadze.
İSKRA-STAL: Lifşiç, Qafina, Kasyan, Kostrov, Novikov, Qorodetski, Popoviç, Rudak, Kulikeviç, Nudnıy, Rusu.
Oyun başladı
3. Topa daha çox `İnter` nəzarət edir və kəsərli hücum qurmağa məqam axtarır
6. Rövşən Əmiraslanovdan cərimə meydançasına təhlükəli asma...ancaq oyundaşları bu şansı dəyərləndirə bilmir
7. Rəqibin hücumu... Lomaya yerindədi
12. `İnter` hücumlar təşkil etməyə çalışsa da, hələlik bəhrəsiz qalır
14. Rəqib komandanın qapıçısı Livşiç fəal görünür və hücumçularımıza şans vermir
15. Stepanov hesabı açmağa yaxın olsa da, zərbəsinin qarşısını son anda müdafiəçi kəsir
23. `İskra-Stal` əks-hücumlarda `İnter`i yaxalamağa çalışsa da, buna nail ola bilmir
28. Tərəflərin ehtiyatlı oyunu az qala hər iki komandanın heç-heçəyə oynadığı təəssüratını yaradır
34. Komandaların heç biri hələlik hansısa kəskin hücum təşkil edə bilməyib
37. Darıxdırıcı oyun davam edir. Ancaq bu nəticə Azərbaycan çempionuna sərf edir
38. Komandamız təhlükəli hücum təşkil etsə də, Lifşiç inamlı oyunla qola imkan vermədi
42. Popoviçin zərbəsi qapıdan azca yan keçdi
Birinci hissə başa çatdı - 0:0
İkinci hissə başladı
46. Lomayanı Səlahət Ağayev, Kruqlovu İlia Kandelaki, Mjavanadzeni Arif Daşdəmirov, Stepanovu Genov əvəzlədi
46. Yeqorov ikinci hissə başlayan kimi qola yaxın olsa da, baş zərbəsi azca dəqiq olmadı
48. `İnter` qol vursa da, oyundankənar vəziyyət qeydə alınır
50. Azərbaycan çempionu ikinci hissəyə xeyli fəal başlayıb
54. `İnter` təzyiqi artırıb və qol vəziyyətləri də artmağa başlayıb
56. Rəqib iki dəfə yüzfaizli qol epizoduna malik olsa da, Səlahət çox inamlı oyunla qola imkan vermədi
60. Yeqorov təkbətək çıxdığı qapıçıyla mübarizədə əla şansı əldən verir
65. Abramidzenin əvəzində meydanda Vladimir Levin çıxdı
68. Despotovskinin təhlükəli zərbəsini rəqib qapıçı çətinliklə də olsa, kornerə çıxarır
70. Despotovskini gənc futbolçumuz Asif Mirili əvəzləyir
74. Yeqorovun əvəzində daha bir gənc futbolçumuz - Elnur Abdulov meydana çıxır
76. Sxadadze də Lifşiçlə təkbətəkdən yararlana bilmədi
80. QOL...Əmiraslanov müdafiəçilərdən əla sıyrılıb, hesabı açdı
82. Abdulov qol yaxın olsa da, Lifşiç onun sevinməsinə imkan vermir
83. Genovun zərbəsini qapıçı dəf edir.
87. Genovun cərimə zərbəsindən göndərdiyi top tirdən dönür
89. Sxadadze daha bir qol vəziyyətini boşa verdi
89. Abdulov sarı vərəqə alır
Matç başa çatdı. Komandamız növbəti mərhələyə qrup lideri kimi çıxdığı halda, `İskra-Stal` qrupda qaldı. Çünki digər oyunda `İstiqlal` `Neftçi`ni darmadağın edir
