17 yanvar 2011 11:33
Zidanın həmyerlisi `Neftçi`də baxışdadı (FOTO)
`Neftçi`nin Antalyadakı hazırlıq prosesi davam edir. Azerisport.az xəbər verir ki, gündə iki dəfə məşq keçən flaqmanın heyətinə yanvarın 17-dən başlayaraq bir futbolçu baxışda olacaq.
Bu, Əlcəzair əsilli Fransa vətəndaşı Yasin Himadır. 1984-cü il martın 25-də dünyaya gələn yarımmüdafiəçinin son klubu "Eupen" (Belçika) olub. Bundan da əvvəl İsveçrə çempionatında oynayan futbolçunun bir neçə gün baxışda olandan sonra komandada qalıb-qalmayacağı haqqında məşqçilər korpusu qərar verəcək.
