17 yanvar 2011 12:06

“Elvin maliyyə şərtlərinə görə yox, ümumiyyətlə `Qarabağ`da qalmaq istəmir”

`Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində hazırkı toplanışın gedişi, Elvin Məmmədov və hərbi xidmətlə bağlı vəziyyətə dair sualları cavablayıb.
 
- Toplanış necə gedir?
- Hələlik hər şey normaldı. Gördüyünüz kimi, çalışmaq üçün şərtlər də çox yaxşıdı. Ən başlıcası odu ki, meydanlar yaxşıdı. Hava şəraiti də idealdı. Rəşad Kərimov istisna olmaqla heyətdə zədəlimizin olmaması da ürəkaçandı.
 
- Çempionatın bu vaxta qədərki dövründə siz millinin təlim-məşq toplanışlarından, kadr çatışmazlığından şikayətlənirdiz. Amma indi yeni futbolçuların sayının elə də çox olmadığını görürük...
- Hazırda xüsusi kadr problemimiz yoxdu. Yeni oyunçular almaq üçün isə hələ vaxtımız var. Digər tərəfdən biz 5-6 futbolçu almağa hazırlaşmırıq. Cəmi 2 legioner götürəcəyik.
 
- Az olmayacaq? Axı qarşıda milli komandamızın çoxlu toplanışları olacaq, həm də çempionatın əsas hissəsi hələ qabaqdadı...
- Onsuz da mən daha çox özümüzkülərə üstünlük verirəm, düşünürəm ki, bu qədər kadr bizə bəs edəcək.
 
- `Qarabağ` 4-5 yoxlama matçı keçirəcək. Rumıniya, Qazaxıstan, Ukrayna klublarını isə elə də güclü klublar sırasına aid etmək olmaz. Olmazdı ki, Almaniya, Hollandiya klubları ilə sınaq matçları təşkil edəsiz? Axı onlar burda kifayət qədərdi...
- Mən deməzdim ki, bizim rəqiblərimiz zəifdi. Normal komandalardı. Sadəcə bir fakta diqqət yetirmək lazımdı ki, Almaniya, Hollandiya klubları indi tam hazır vəziyyətdədilər. Biz isə hələ yenicə hazırlıqlara başlamışıq. Biz hələ onlarla rəqabət apara biləcək gücdə deyilik. Ona görə də uyğun komandalar seçmişik.
 
- Komandaya Bosniya və Makedoniyadan futbolçular çağırmışdınız. `Qarabağ` hələ supertransferlər etmək hadaq düşünmür?
- Oyunçu seçimində mən çox kaprizli adamam. Oyunçunu öz gözlərimlə görməsəm, onun imkanlarına bələd olmasam, seçim edə bilmərəm. Biz bilməliyik ki, onun oyunçu keyfiyyətləri nə dərəcədə komandamıza uyğundu? Eyni zamanda xarakteri də az əhəmiyyət daşımır.
 
- Elvin Məmmədovla danışıqlarınız nə yerdə qaldı?
- Hələlik ümumi dil tapa bilməmişik. Biz qalmaq istəməyən futbolçunu saxlamaq istəmirik. Ola bilər ki, digər komandada ona daha yaxşı olacaq. O, millinin oyunçusudu və bizimlə müqavilə bağlamasa belə, gedişinə mane olmayacağıq. Maya kimi oynayacaq. Ancaq çalışacağıq ki, komandada saxlayaq.
 
- Elvin nə qədər tələb edir ki, klub onun bu tələbini yerinə yetirmək istəmir?
- Belə şeyləri açıqlamaq düzgün çıxmır. Bildiyimə görə, o, ümumiyyətlə `Qarabağ`da qalmaq istəmir.
 
- İlin əvvəlində Azərbaycan yığmasının oyunçuları hərbi xidmətə çağırılmağa başladılar. Komandanızın da aparıcı üzvlərini itirməkdən qorxmursuz ki?
- Ölkəmizin hər bir vətəndaşının hərbi xidmətdə olması onun borcudu. Ancaq digər tərəfdən futbolun inkişafına dair dövlət proqramı var. Çoxları yığma komandamıza dəvət olunur. Fikrimcə, AFFA bu məsələni yoluna qoyar. Axı bu dövlət səviyyəsində həll olunan məsələdi. İstəməzdim ki, komandamın əsas fiqurlarını itirim. Ancaq lazım gəlsə, göndərməliyik. Lazım olsa, gedəcəklər.
 
- Çox azarkeşlər belə hesab edir ki, milli üzvləri hərbi xidmətdən azad olunmalıdı. Çünki onlar da ölkəmizi beynəlxalq arenada təmsil etməklə məşğuldu...
- Bu mənada elə `Qarabağ`ın Avropa Liqasındakı uğurlarını götürək. Axı həmin uğurları məhz bu futbolçular əldə edib. İndi onlarda elə bir dövrdü ki, daha da inkişaf etdirmək, ustalıqlarını artırmaları lazımdı. Qoy bunlar da hərbi xidmətlərini meydanda çəksinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.