17 yanvar 2011 12:22
Afrikalı ulduz `Xəzər Lənkəran` yolunda (FOTO)
Rumıniyanın `Universitatea` klubunun yarımmüdafiəçisi Julius Vobay Azərbaycan klublarından `Xəzər Lənkəran`a keçə bilər. Azerisport.az xəbər verir ki, 24 yaşlı Syerra-Leonalı futbolçu Lənkəran təmsilçisinin baş məşqçisi Mirça Rednikin maraq dairəsinə düşüb.
Qeyd edək ki, bu futbolçu 2007-ci ildən `Universitatea`da top qovur. Syerra-Leona millisində 25 matç keçirən futbolçu 12 qola imza atıb.
