17 yanvar 2011 00:29
“Starkov `Bakı`nı qaldıracaq”
Latviyanın `Skonto` klubunun baş məşqçisi Marian Paxar hesab edir ki, `Bakı`nın yeni baş məşqçisi təyin edilən Aleksandr Starkov paytaxt klubunu lazımı uğurlara daşıya biləcək. Azerisport.az saytına müsahibəsində o, həmyerlisinin Azərbaycandakı karyerasının uğurlu olacağına inandığını vurğulayıb:
“Starkov Latviyada bir markadı. Avropanın ən yaxşı məşqçilərindən biridi. O, `Bakı`nı qaldıracaq. Starkov intizamı çox sevir. Həmçinin öz üzərində işləməyə üstünlük verən futbolçulara və müdafiə futboluna üstünlük verir”.
