17 yanvar 2011 12:51
Denis Silva artıq `Xəzər Lənkəran`la oyunu düşünür
Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən `Neftçi`nin müdafiəçisi Denis Silva klubun rəsmi saytına fikrilərini bildirib. Azerisport.az xəbər verir ki, legioner futbolçu hazırlıqları barədə bunları dilə gətirib:
“Təlim-məşq toplanışımız olduqca yüksək tempdə davam edir. Mən belə tempdə çalışmağı sevirəm. Bütün hazırlıqlarımız Premyer Liqanı qalib kimi başa vurmağa hesablanıb. Türkiyədəki ikinci təlim-toplanışında bir neçə hazırlıq görüşündə qüvvəmizi sınayacağıq. Bu, bizim zəif və üstün tərəflərimizi görməyə imkan verəcək. Fevralın 13-də `Xəzər Lənkəran`la keçirəcəyimiz ev oyununda meydana yalnız 3 xalı qazanmaq üçün çıxacağıq. O görüşün vacibliyini yaxşı dərk edirik. Hətta deyərdim ki, həmin matç 3 yox, 6 xallıq oyundu. Mən də bir müdafiəçi kimi öz üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağam. Biz ancaq irəliyə baxırıq. `Neftçi`nin çempion olması üçün komanda şəklində bütün səylərimizi ortaya qoyacağıq”.
