18 yanvar 2011 01:08

Eduard Markarov: Qoy onunla siyasətçilər məşğul olsun

1966-cı ildə Bakının `Neftçi` klubunun heyətində SSRİ çempionatının bürüncü mükafatlarına sahib çıxan, hazırda isə Ermənistanın `Mika` klubunun vitse-prezidenti postunu tutan Eduard Markarov “Birlik Kuboku”nda iştirak etmək üçün gəldikləri Sankt-Peterburqda azerisport.az saytının və “Zerkalo”nun əməkdaşının suallarını cavablayıb.
 
- Bir neçə il öncə Azərbaycan və Ermənistan milli komandaları AÇ-2008-in seçmə mərhələsi çərçivəsində eyni qrupda düşmüşdü. Necə düşünürsüz, həmin görüşlər keçirilməli idi?
- Bunu biz həll etmirik. Heç nə deyə bilmərəm. Əgər biz siyasətdən danışırıqsa, onda gəlin söhbətimizi elə burda da yekunlaşdıraq. Qoy onunla siyasətçilər məşğul olsun. İdmanla siyasəti bir-birinə qatmayaq.
 
- `Neftçi`dəki günləriniz yadınıza düşürmü?
- Necə yadıma düşməyə bilər? Bütün Azərbaycan bizə azarkeşlik edirdi. Bu, çox gözəl vaxtlar idi, hansı ki, unutmaq olmur. Nostalji həmişə yanımızdadı.
 
- `Neftçi`nin həmin “qızıl” heyətindən hansı daha yaxşı idi?
- Onda bütün uşaqlar çox səviyyəli oyunçular idi. Həmin heyət bir çox güclü oyunlarda qələbələr qazandı. Komandada elə bir həvəs var idi ki, bütün görüşlərdə sona kimi döyüşürdü. `Neftçi` çox cəsur komanda idi. İdmançı da heç nədən qorxmursa, onu dayandırmaq asan olmur.
 
- Həmin `Neftçi` həm də bir çox millətin futbolçusundan qurulmuşdu...
- Biz isə bu haqda düşünmürdük. Böyük bir ölkə var idi, hansı ki, bütün millətlər orda vahid dövlət halında yaşayırdı. Birgə də vahid komanda yaratmışdıq.
 
- Hazırkı “Birlik Kuboku”nda isə Azərbaycanı `İnter` təmsil edir. Komandamızı iş başında görə bilmisizmi?
- Bizi öz oyunumuz maraqlandırır. Ancaq bilirəm ki, sizin uşaqlar hər iki oyunda ardıcıl qələbə qazanmaqla, artıq 1/4 finalaя vəsiqəni təmin ediblər.
 
- Amma növbəti mərhələdəki rəqiblərimizdən biri də məhz siz ola bilərsiz...
- Açığını deyim ki, bizim şanslarımız çox azdı. Start bizim üçün elə də ürəkaçan olmadı. İki oyuna cəmi 1 xal toplaya bilmişik.
 
- `Mika`da nə problem var ki?
- Biz bu turnirə gəlməyi öncədən planlaşdırmamışdıq. Buna görə də “Birlik Kuboku”na hazırlığımızı normal adlandırmaq olmaz. Buna baxmayaraq, biz 1/4 finala çıxmağa çalışırıq və əgər biz Azərbaycan çempionu ilə oynamalı olsaq, niyə də yox? Biz Sankt-Peterburqdan buna görə qayıtmağa hazırlaşmırıq.
 
- Razısız ki, “Birlik Kuboku” artıq əvvəlki nüfuzunu itirib? Hansı ki, artıq Ermənistan çempionu belə turnirdən imtina edir...
- Maraqlı mövzuya toxundunuz. Hər şey ondan başladı ki, ən güclü komandalara malik Rusiya və Ukrayna təmsilçiləri əvəzedici heyətlərini göndərməyə qərar verdilər. Bəziləri sadəcə bura yeni futbolçularını yoxlamaq üçün gəlir. Axı məhz bu turnir bir sıra aparıcı futbolçular üçün bir başlanğıc olur. Ancaq mən həmin klublarla razı deyiləm ki, əvəzedici heyətlərini göndərirlər və ya ümumiyyətlə qatılmaq istəmirlər.
 
- RFİ prezidenti Sergey Fursenko bildirib ki, turnir yayda keçirilə bilər. Sizcə, bunun nəsə xeyri olacaq?
- Bunu dəqiq deyə bilmərəm. Ola bilər ki, öz bəhrəsini versin. Ancaq mükafat fondundan yaxşı heç nə yoxdu. Komandalarda stimul olmalıdı.
 
- Necə mükafat fondu lazımdı?
- Daha burasını dəqiq bilmirəm, necə milyonluq olmalıdı ki, Rusiya və Ukrayna klubları da bunda maraqlı olsunlar. Mən sadəcə onu bilirəm ki, sponsorlara özlərini göstərmək vaxtıdı.
 
- Onda Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan klubları ikinci rol oynamış olacaq...
- Amma inkişafa müsbət təsirini göstərəcək. Hazırda Rusiya və Ukrayna keçmiş SSRİ ölkələrinin futbolunda liderlik edir. Qalanları isə hamısı standartdı, bir-birinə bənzəyirlə. Amma Sovet dönəmində Ermənistan futbol məktəbi Azərbaycanınkından fərqlənirdi, sizinki gürcülərinkindən və sair.
 
- Bəs bu situasiyadan çıxış yolunu nədə görürsüz?
- Hər klubda özünün futbol məktəbi olmalıdı, ancaq bu halda inkişafdan danışmaq, nəyəsə ümid etmək olar. Biz onsuz da çox vaxt itirmişik, indi ciddi iş görmək vaxtıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.