18 yanvar 2011 15:12

Milli idman mərc oyunları ilə bağlı bütün incəliklər açıqlandı

“Topaz” markası altında fəaliyyətə başlayan mərc oyunlarına bu gün - 18 yanvar 2011-ci il tarixindən etibarən start verildi. Azerisport.az xəbər verir ki, bununla da, idmansevərlər, xüsusilə də futbolla maraqlanan insanlar asudə vaxtlarını daha maraqla keçirib, futbol biliklərini yoxlayıb, eyni zamanda qazanc əldə edə bilərlər.
 
Qeyd edək ki, qazanılan  bütün uduşların tam şəkildə qaliblər tərəfindən əldə ediləcəyinə təminat verilir. Oynamaq istəyənlər hələlik Bakı və Abşeron yarımadasında, sonradan isə bütün Azərbaycan ərazisində “Topaz” satış məntəqələrinə yaxınlaşaraq, istədikləri idman oyunlarına müxtəlif kombinasiyalar qura bilərlər.
 
Ən önəmli məqamlardan biri dövlətin bu oyundan vergi əldə etməsidir. “Topaz” nəinki idmanın inkişafına yardımçı olacaq, həm də dövlət büdcəsinə ödəyəcəyi vergilərlə Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə öz töhvəsini verəcək. Belə ki, 29 dekabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin idman mərc oyunlarının həyata keçirilməsi fəaliyyətinin vergi öhdəliklərini tənzimləyən 245 nomrəli qərarı qəbul edilib. Bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli 55 nomrəli qərarına əlavədir.
 
“Topaz” bukmeker kontorlarının fəaliyyətə başlaması ilə bağlı bu gün keçirilən mətbuat konfransında “Azəridmanservis”in baş direktoru Azər Məhərrəmov bildirib ki, Bakı və Abşeronda 70 yerdə “Topaz” brendi altında kontorlar fəaliyyətə başlayacaq: “Bu gündən etibarən Bakıda agent məntəqələri fəaliyyətə başlayacaq. Daha sonra Azərbaycanın bölgələrində də bu işə start veriləcək. Əsas odur ki, Azərbaycan idmanı bu işdən faydalansın. Pul qoyuluşu telefon-internet şəbəkəsi vasitəsilə də mümkün olacaq. Ən azı 3 oyuna pul qoyuluşu mümkün olacaq. Amma gələcəkdə bu rəqəm iki və ya dörd də ola bilər”.
 
Mətbuat konfransında Azərbaycan Premyer Liqasına da pul qoyuluşu diqqət mərkəzində olub. Lakin Məhərrəmov bildirib ki, sadəcə Azərbaycan klubları beynəlxalq yarışlarda iştirak edən zaman həmin oyunlara pul qoyuluşu mümkün olacaq. Milli çempionatın oyunları üçün isə bu, mümkün olmayacaq.
 
Bu oyunlardan gələcək gəlirin 4.2 faizi yerli idmana yönəldiləcək. Həmin pulun 30 faizi AFFA-ya, qalan 70 faizi isə digər idman növlərinə yönəldiləcək. Ümumi gəlirdən 6 faizi vergilərin ödənilməsinə sərf olunacaq. Minimum pul qoyuluşu 1 manat, maksimum uduş isə 250 min manat ola bilər. Pul udmuş şəxs uduşunu oyun bitəndən sonra götürə biləcək. Buna dövlət səviyyəsində təminat verilir.
 
Azərbaycanda idman mərc oyunlarını həyata keçirəcək “Azinteltek” Qapalı Tipli Səhmdar Cəmiyyətinini sədri Ahmet Sezer isə bildirib ki, ən azı 3 oyuna pul qoyuluşunun edilməsi daimi xarakter almayacaq. Sezer gələcək hədəflərinin pul qoyuluşunu minimum 1 matçadək azaltmaqdan ibarət olduğunu vurğulayıb. “Topaz”ın əmsalları isə dünyaca tanınmış bukmeyker şirkətlərinin müəyyənləşdirdiyi əmsallardan fərqlənməyəcək.
 
Türkiyədə “İddaa” adlı idman mərc oyunlarını həyata keçirən “İnteltek” şirkətini 2004-cü ildə qurduqlarını deyən Sezer 7 ildə 17 milyon dollarlıq dövriyyə ilə dünyada ikinci yeri tutduqlarını açıqlayıb.
 
Məhərrəmovun sözlərinə görə, “qara bazar”da fəaliyyət göstərən bəzi əcnəbi bukmeker kontorlarına girişin bağlanılması üzərində iş gedir. Onun fikrincə, görülən işlər qısa zamanda bəhrəsini verəcək. Əvəzində “Topaz”ın saytı açılacaq. Bu isə insanlara evdən çıxmadan internet vasitəsilə pul qoyuluşu etməyə şərait yaradacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.