18 yanvar 2011 23:16
`İnter`ə Ermənistan klubu rəqib oldu (YENİLƏNİB)
`Birlik Kuboku”nun 1/4 final mərhələsini də son Azərbaycan çempionu `İnter` açıq elan edəcək. Azerisport.az xəbər verir ki, “bankirlər” sabah Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq qarşılaşmada Ermənistanın `Mika` klubuyla qarşılaşacaq.
Xatırladaq ki, yanvarın 15-dən start götürən turnirin açılış matçında da məhz `İnter`lə Qırğızıstan `Neftçi`si üz-üzə gəlmişdi. 1/4 finalın bütün cütləri isə belədi:
Birlik kuboku
1/4 final
19 yanvar
15:00. İNTER (Azərbaycan) - MİKA (Ermənistan)
17:00. HİK (Finlandiya) - ZENİT (Rusiya)
19:00. SKONTO (Latviya) - İSTİQLAL (Tacikistan)
21:00. ŞAXTYOR (BELARUS) - DİNAMO (Kiyev, Ukrayna)
