18 yanvar 2011 15:40
Ramiz Məmmədov üçün həm ziyarət, həm ticarət
Bu gün Türkiyənin Antalya şəhərində Qazaxıstanın `Jetısu` klubuyla `Qarabağ` arasındakı yoxlama görüşünü izləyənlər arasında Ramiz Məmmədov da var. Azerisport.az xəbər verir ki, Qazaxıstanın `Atırau` klubunun çalışdırıcısı bir tərəfdən həmkarı və həmyerlisi Qurban Qurbanovun komandasının qələbəsinə azarkeşlik edirsə, digər tərəfdən də gələcək rəqibini analiz edir. Axı başlayacaq Qazaxıstan çempionatının gedişində rəqiblərdən biri də məhz `Jetısu` olacaq.
