18 yanvar 2011 16:00
`Qarabağ` makedoniyalı futbolçuyla müqavilə bağladı (FOTO)
`Qarabağ` növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, öncə İlqar Qurbanovu heyətinə qatan `Qarabağ` daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Ağdam klubu bir neçə gündü komandanın düşərgəsində baxışda olan makedoniyalı Nderim Nedzipi ilə müqavilə bağlayıb. Hücumameyilli yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 22 may 1984-cü ildə Skopyedə dünyaya gələn makedoniyalı futbolçu karyerasına Almaniyada başlayıb. 2001-2003-cü illərdə `Herta`nın, 2003-2004 mövsümündə isə `Wolfsburq`un şərəfini qoruyan futbolçu 2004-cü ildə Makedoniyaya dönərək, 4 mövsüm `Skopye`nin formasını geyinib - 97 oyun, 15 qol. 2008-ci ildə Belçikanın `Liers` klubuna transfer olunan Nedzipi indiyədək 35 oyuna çıxıb və 3 qola imza atıb. 2005-2006-cı illərdə Makedoniyanın gənclər yığmasına çağırılıb.
