18 yanvar 2011 16:11
Kaxaber Sxadadze: 1/4 finalda bizə çətin olacaq
`İnter`in baş məşqçisi Kaxaber Sxadadze Moldova `İskra-Stal`ı ilə oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “Birlik Kuboku”nun qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən oyunda minimal hesablı qələbəyə sevinən Azərbaycan çempionunun çalışdırıcısı bunları dilə gətirib:
“Gənc oyunçularımız həyəcanlı idilər. Pis oynamadılar. Qələbə bizə lazım idi. Yenilərdən Genova gəlincə, o kənd komandasından gəlib, özünü yenicə göstərməyə başlayır. İndi bizim üçün başlıcası 1/4 finalda qələbə qazanmaqdı. Rəqibin kimliyindən asılı olmayaraq, bizi çətin oyun gözləyir”.
