18 yanvar 2011 16:21
Qurban Qurbanov: Oyundan-oyuna artıracağıq
`Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov bu gün Antalyada keçirilən Qazaxıstanın `Jetısu` klubu ilə sınaq matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında Ağdam təmsilçisinin çalışdırıcısı bunları söyləyib:
“Biz yoldaşlıq görüşündə qarşımıza qələbə qazanmaq vəzifəsi qoymamışdıq. Bütövlükdə komandamdan razıyam. Bosniya və Hersoqovinadan olan oyunçunu bəyənməsək də, makedoniyalı ilə müqavilə bağladıq. Oyundan-oyuna artıracağıq”.
