18 yanvar 2011 18:40
“Qarabağ`da Belçikadakı qədər qazanacam”
`Qarabağ`ın yeni transferi, makedoniyalı yarımmüdafiəçi Nderim Nedjipi azerisport.az saytının suallarını cavablayıb.
- Yeni kollektiviniz necədi?
- Hər şeydən razıyam. Baxmayaraq ki, komandaya yenicə gəlmişəm, çox yaxşı münasibət göstərdilər. Məşqlərdən də müəyyən etmək çətin deyil ki, səviyyəli komandadı. Ən əsası isə, onlar futbol oynamağı bacarırlar. Bu da ki, mənim üçün çox vacibdi.
- `Qarabağ` gənc komandadı, burda daha çox yeniyetmə futbolçulara üstünlük verirlər. Əsas heyətə düşməyi bacaracaqsızmı?
- Mən də hələ qoca deyiləm. 26 yaşım var. Oyun səviyyəmə arxayınam və düşünmürəm ki, burda ehtiyatda oturacam. Əsas heyətdə oynamalıyam. Belçikanın `Liers` klubundan gəlmişəm. Ordan klub rəhbərliyi ilə problemlərə görə ayırldım.
- Nə problem idi ki?
- Yeni oyunçular aldılar və heç mənə özümü göstərmək üçün şans da vermədilər. Son iki oyunda forma geyməmişəm. Ancaq belə Belçikadan heç hara getməzdim.
- Əgər getmək istəmirdinizsə, niyə özünüzə başqa klub axtarırdınız?
- Mənimlə `Serkl-Brugge` maraqlanırdı. Ancaq onlarla danışıqlarımız baş tutmadı. Menecerim mənə zəng etdi və `Qarabağ`ı təklif etdi.
- Maliyyə baxımından çoxmu uduzdunuz?
- Mən Belçikada az qazanmırdım. Eyni şeyi elə hazırkı klubum haqda da deyə bilərəm. Demək olar ki, həmin məbləğdi.
- Azərbaycan haqda nə bilirsiz?
- Mənim burda heç də az tanışım yoxdu, hansı ki, onlardan kifayət qədər məlumat ala bildim. Həmçinin İqor Mitreskidən.
- Deyiblər ki, meydançalar elə də yaxşı vəziyyətdə deyil və futbolumuz Belçikadakından çox fərqlənir?
- Hamı öyrəşir. Mən də qarşıma hər şeyə alışmağı məqsəd qoymuşam.
- Artıq turnir cədvəliylə tanış olmusuz?
- Bəli. İndi komanda heç də layiq olduğu yerdə qərarlaşmayıb. Məni də məhz buna görə alıblar. Ancaq görürəm ki, komanda mənsiz də çox yaxşı təsir bağışlayır. `Nefçti` hazırda liderdi, ancaq pley-offda çox şey dəyişəcək.
