18 yanvar 2011 21:06

`Neftçi` `Rubin`lə oyundan imtina etdi (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının `Neftçi` klubu Rusiyanın `Rubin` komandası ilə qarşılaşmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, bu görüşün sabah - yanvarın 19-da Türkiyə vaxtı ilə saat 18:00-da keçirilməsi nəzərdə tutulmuşdu.
 
Lakin `Rubin` klubunun nümayəndələri bu gün `Neftçi`yə müraciət edərək, oyunun yerli vaxtla saat 15:00-da keçirilməsini istəyiblər. Bu isə Antalyada hazırlıq prosesi keçən `Neftçi`nin qrafikinə uyğun olmadığına görə, paytaxt klubu oyunun keçirilməsindən imtina edib. Hər gün Antalyada iki məşq prosesi keçən “ağ-qaralar” səhər məşqini yerli vaxtla saat 10:30-da, axşam məşqini isə 18:00-da keçirir. `Rubin`lə qarşılaşmadan imtinanın da səbəbi bu olub.
 
Dərhal yoxlama görüşü keçirmək üçün komanda axtarışına çıxan `Neftçi` nümayəndələri Rusiyanın `SKA-Energiya` komandası ilə anlaşıblar. Beləliklə, `Neftçi` yanvarın 19-da Türkiyə vaxtı ilə saat 18:00-da Rusiyanın `SKA-Energiya` komandası ilə yoxlama oyunu keçirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.