18 yanvar 2011 10:56
`İnter` liderlərsiz oynayacaq
Azərbaycan çempionu `İnter` “Birlik Kuboku”nun qrup mərhələsinin son turunda qarşılaşdığı Moldova `İskra-Stal`ı ilə görüşə əsas heyətlə çıxmayacaq. Azerisport.az xəbər verir ki, “bankirlər”in baş məşqçisi Kaxaber Sxadadze 1/4 finalda komandanı daha çətin qarşılaşma gözlədiyini nəzərə alaraq, heyətdəki aparıcı futbolçulara istirahət vermək qərarına gəlib.
Qeyd edək ki, `İnter` hələ ikinci turdan sonra növbəti mərhələyə vəsiqəni təmin edib. Moldova təmsilçisiylə oyun sadəcə qrup liderliyi baxımından önəm daşıyır.
