18 yanvar 2011 11:34

Valeri Abramidze: Əsas mübarizə pley-offdan başlayacaq

Son Azərbaycan çempionu `İnter`in müdafiəçisi Valeri Abramidze azerisport.az saytının suallarını cavablayıb.
 
- Sizin ilk iki oyunuzda qazandığınız qələbələr asan rəqiblərinizlə düşməyinizdən xəbər vermir ki?
- Komandamız qarşısına böyük vəzifə qoyub. Ona görə də hər oyunda ancaq qələbə qazanmağa çalışırıq. Bu məsələyə gəlincə, rəqiblərimiz daha çox səhv buraxınca, bizim problemlərimiz görünmür. Əsas mübarizə 1/4 final mərhələsindən başlayacaq.
 
- Siz artıq bir dəfə `Xəzər Lənkəran`la bu turniri qazanmısız. İndi nə dəyişib?
- Hər bir komanda Sankt-Peterburqa qələbə qazanmaq üçün gəlir. Ancaq hər kəsin buna gücü çatmır. `İnter`in əla şansı var ki, finala çıxsın. Rəqiblər demək olar ki, eynidi, oxşar gücdəyik. Baxaq, görək necə alınır? Hesab edirəm ki, hazırda `İnter` yaxşı formadadı. Hər şey özümüzdən asılıdı.
 
- `İskra-Stal`a qarşı oyun `İnter` üçün çox vacibdi?
- Hər bir oyun vacibdi. Belə olmasaydı, biz qələbə qazana bilməzdik. Moldova klubları həmişə bizim üçün arzuolunmaz rəqiblər olublar. Bizə uduzmaq olmaz, çünki, `İnter` qrupdan lider kimi çıxmağı hədəfləyir.
 
- Komanda heç-heçəyə köklənməklə də buna nail ola bilər...
- Bizim üçün ancaq qələbə nəticədi. `İnter`də çox perspektivli gənclər var, onları yoxlamaq lazımdı. Düşünürəm ki, liderlərə istirahət veriləcək. Gənclərimiz də öz talelərini bu son görüşdə həll etməyə çalışmalıdılar.
 
- Ümumiyyətlə, `İnter`ə bu turnirdəki qələbə nə verəcək?
- Siz hesab edirsiz ki, uduzmaq bizim üçün daha yaxşı olardı? Əksinə. Əgər turnir öz əhəmiyyətini itiribsə, bizə yenə qələbə qazanmaq vacibdi. Burda yeganə çatışmazlıq kimi ancaq Rusiya və Ukrayna çempionlarının əsas heyəti göndərməməsini görürəm.
 
- `İnter`ə əsas rəqib kimi görürsüz?
- Bir sıra yaxşı klub var. Məsələn, Qazaxıstan `Tobol`u. Hansı ki, bu komandayla 1/4 –də oynaya bilərik. Mən onların oyununu görmüşəm. Düşünürəm ki, növbəti mərhələdə bizi ya onlarla, ya da `Skonto` ilə görüş gözləyir.
 
- Proqnozunuzu deyərdiniz: `İnter` nə qədər uzağa gedə biləcə?
- Biz kuboku qazanmaq istəyirik. Bundan nə çıxacağını isə hələlik bilmirik. Gəlin hələlik qrupdakı son oyunumuzu düşünək. Finala hələ bir neçə oyun var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.