18 yanvar 2011 11:57
`Qəbələ` Moskva `Spartak`ıyla qarşılaşıb
Xəbər verdiyimiz kimi, U-17 Liqanın 2009-2010-cu il mövsümünün qalibi olan `Qəbələ`nin müvafiq yaş qrupundan ibarət komandası AFFA tərəfindən Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına göndərilib. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində `Qəbələ` növbəti yoldaşlıq oyununu keçirib.
Rusiyanın `Spartak` (Moskva) klubunun nəzdindəki U-17 komandası ilə qarşılaşan `Qəbələ` 0:1 hesabı ilə məğlub olub.
