18 yanvar 2011 00:03
`Turan` Almaniya və Ukrayna klubları ilə qarşılaşacaq
Türkiyədəki təlim-məşq toplanışına start verən `Turan` Antalyadakı hazırlıq prosesinin ikinci gününü də arxada qoyub. Azerisport.az xəbər verir ki, səhər məşqində baş məşqçi Naci Şensoy yetirmələrini əsasən fiziki hazırlıqlara cəlb edib.
Günün ikinci məşqində isə daha çox taktiki hazırlıqlara üstünlük veriblər. İkinci məşq gününə ikitərəfli oyunla yekun vurulub.
Bu arada artıq `Turan`ın ilk yoxlama görüşündəki rəqibinin adı bəlli olub. Bu, Almaniyanın üçüncü liqa təmsilçisi `MSV Pampov` klubudu. Almanlarla görüş yanvarın 19-da baş tutacaq. Yanvarın 25-də isə `Turan`ı Ukrayna yüksək liqasında mübarizə `Obolon`la duel gözləyir.
Tovuz klubu Türkiyə toplanışı dönəmində daha iki yoxlama matçında qüvvəsini sınamağı düşünür. Həmin rəqiblərin kimliyinə isə, qarşıdakı günlərdə aydınlıq gətiriləcək. Mümkün rəqiblər arasında Rusiya Premyer Liqası və birinci liqası, həmçininin Almaniya və Ukrayna təmsilçiləri var.
