18 yanvar 2011 00:14
`Neftçi`nin oyunçuları üçün soyuqdəymə problemi
Azərbaycanın `Neftçi` futbol klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir. Lakin azerisport.az xəbər verir ki, paytaxt klubu futbolçularının soyuqdəymədən əziyyət çəkməsi üzündən problemlə üzləşib.
Məsələ burasındadı ki, komandanın hazırda düz 9 futbolçusu soyuqlayıb. Onların temperaturunun 38 dərəcədən yuxarı olduğu bildirilir. Komandanın həkimləri vəziyyətə nəzarət edir və bu problemi mümkün qədər tez aradan qaldırmağa çalışırlar.
