18 yanvar 2011 12:18
İspaniya millimizlə oyun öncəsi Portuqaliya ilə qarşılaşır
Futzal üzrə İspaniya yığması Azərbaycan millisi ilə oyun öncəsi iki yoldaşlıq görüşü keçirəcək. Azerisport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqibi olan bu ölkənin futzalçıları Portuqaliya ilə iki sınaq matçına çıxacaq. İlk oyun bu gün, növbəti duel isə sabah baş tutacaq.
Qeyd edək ki, eyni qrupda yer alan İspaniya və Azərbaycan millilərinin daha bir rəqibi Qazaxıstan futzalçılarıdı. Dördüncü rəqibin kimliyinə isə ilkin mərhələdə mübarizə aparan və D qrupunda yer alan komandaların (Litva, Fransa, Bolqarıstan və Malta) görüşlərindən sonra aydınlıq gələcək.
