18 yanvar 2011 23:08
Belarus millimizə yenilginin əvəzini çıxdı (YENİLƏNİB)
Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası da bu gün növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 21:00-da, Dinamo İdman Kompleksində Belarus yığması ilə qarşılaşıb.
Lakin bu dəfəki oyun komandamız üçün uğurlu alınmayıb. Qarşılaşma 6:4 hesabı ilə belaruslu futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin heyətində Serjio, Tyaqo (2 qol) və Biro Jade fərqlənib. Xatırladaq ki, futzal üzrə Belarus və Azərbaycan milliləri arasında yanvarın 16-da keçirilən yoldaşlıq oyununda millimiz 5:1 hesabı ilə qalib gəlmişdi.
