18 yanvar 2011 00:22
Şefer: Futbolçuları motivasiya etməkdə çətinlik çəkirdim
`Bakı`nın sabiq baş məşqçisi paytaxt klubundan istefasının səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında bildirib ki, komandanı oyunlara kökləməklə bağlı problemlərlə üzləşib:
“Nəticələr komandaya çox pis təsir etdi. Rəhbərlik komanda üçün lazımı şəraiti yaratmışdı. Ancaq oyunlarda qeydə alınan nəticələr futbolçuları növbəti matçlara kökləməkdə problemlər yaradırdı”.
