18 yanvar 2011 12:38
`Xəzər Lənkəran` 3 legioner futbolçuyla müqavilə bağladı
`Xəzər Lənkəran` futbol klubu Antalyada keçirdiyi təlim-məşq toplanışı zamanı düşərgəsində baxışda olan üç futbolçu ilə ilkin müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, bu futbolçular Simao Bruno, Kosmin Vatka və Andrey Mureşandı.
Komandanın məşqləri intensiv olaraq davam etdirilir. Dünən isə düşərgədən baxışda olan iki futbolçu ayrılıb. Bunlar almaniyalı futbolçu Jerom Polenz və Vlad Buyordu. Jerom ailə vəziyyətinə görə düşərgədən ayrılıbsa, Bujorun çıxışı məşqçilər korpusunu razı salmayıb.
`Atırau` ilə matçda ciddi zədələnən Ruslan Poladovun vəziyyəti yaxşı olsa da, futbolçu bir neçə həftə meydana çıxa bilməyəcək.
