19 yanvar 2011 13:03
`Anji` satıldı
Tanınmış milyarder Süleyman Kərimov Rusiyanın `Anji` futbol klubunu alıb. Azerisport.az xəbər verir ki, bu haqda Dağıstan Respublikası rəhbərliyinin mətbuat xidmətindən açıqlama yayılıb.
Açıqlamada bildirilir ki, Moskvada Dağıstan prezidenti Maqomedsalam Maqomedovla Rusiya Federasiyası Şurasının üzvü Süleyman Kərimov arasında görüş keçirilib. Görüşdə Mahaçqala klubunun Kərimovun rəhbərlik etdiyi strukturlara satışına dair razılıq əldə olunub.
Qeyd edək ki, `Anji`də millimizin üzvü Mahir Şükürov çıxış edir. Yaxın günlərdə isə millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov köməkçi məşqçi kimi fəaliyyətə başlayacaq.
