19 yanvar 2011 13:11
`Universitatea`nın kapitanı XL-dan imtinasının səbəbini açıqladı
Rumıniyanın `Universitatea` klubunun kapitanı Qabriel Boştina `Xəzər Lənkəran`a mümkün keçidinin baş tutmamasının səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Rumıniya mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Onların təklifi mənim üçün çox sərfəli idi. Xüsusilə də maliyyə şərtləri baxımından. Ancaq mən məhz karyerama başladığım `Universitatea`da qalmağa qərar verdim. Düşünürəm ki, burdakı potensial daha böyükdü”.
