19 yanvar 2011 13:29
Millimizin yer aldığı qrupun təqvimində dəyişiklik
AÇ-2012-nin seçmə mərhələsində millimizin də yer aldığı A qrupunun təqvimində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Almaniya və Qazaxıstan yığmaları arasındakı oyununun vaxtı dəyişdirilib.
Dəyişiklik nəticəsində bu qarşılaşma martın 26-da keçiriləcək. Halbuki, öncədən görüşün 1 gün əvvəl baş tutacağı bildirilirdi.
