21 yanvar 2011 16:41
Milan da əsas rəqiblərindən geri qalmadı (YENİLƏNİB)
İtaliya kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, cəmi bir oyundan ibarət olan bu mərhələnin oyunlarında ötən həftə "Palermo", "İnter" və "Juventus" doğma meydanda rəqibləri üzərində qələbə qazanmaqla, 1/4 finala çıxmışdılar.
Onların bu uğurunu bu həftə öncə "Napoli" təkrarlayıb. "Roma" isə bu uğura kifayət qədər prinsipial paytaxt derbisində nail olub. "Sampdoria" da çətinliklə başa gələn qələbə sayəsində adını növbəti mərhələyə yazdıra bilib. Nəhayət dünən "Milan" da doğma meydanda 1/4 finala vəsiqə şansını qaçırmayıb.
İtaliya kuboku
1/8 final
18 yanvar
Napoli – Bologna – 2:1
19 yanvar
Sampdoria - Udinese - 2:2 (penaltilərlə 5:4)
Roma - Lazio - 2:1
20 yanvar
Milan - Bari - 3:0
