19 yanvar 2011 14:11

“Bilirəm ki, ermənilərlə qarşılaşma azərbaycanlılar üçün prinsialdı”

“Birlik Kuboku”ndakı təmsilçimiz, son Azərbaycan çempionu `İnter`in və milli komandamızın müdafiəçisi Vladimir Levin azerisport.az saytının suallarını cavablayıb.
 
- `İskra-Stal`la oyunda `İnter` qol vəziyyətlərinin çoxundan yararlana bilmədi. Niyə?
- Özünüz də bilirsiz ki, Moldova klubları Azərbaycan komandaları üçün həmişə arzuolunmaz rəqib olub. Ancaq biz normal oynadıq. Gənclərimiz 90 dəqiqə ərzində qol vəziyyətləri yaratmaqda davam etdilər və qol vurmağa çalışdılar. Düşünürəm ki, elə 1:0 hesabı da azarkeşlərimizi qane edir. İstənilən halda qələbə qələbədi. Həm də nəzərə almaq lazımdı ki, bir gün sonra bizi 1/4 final görüşü gözləyirdi. Bir sözlə istirahət yoxdu. Turnirin qrafiki bütün futbolçuların oynamasına şərait yaradır.
 
- Pley-offda Ermənistan `Mika`sıyla düşməyiniz gözlənilməz olmadı ki?
- Biz düşünürdük ki, bizə Qazaxıstanın `Tobol` klubu düşəcək. `Skonto` da düşə bilərdi. Ancaq hər şey belə alındı ki, ermənilərə qarşı oynamalı olacağıq. Bu yarımfinala çıxmaq üçün bir oyundu və çalışacağıq ki, qələbə qazanaq. Bilirəm ki, ermənilərlə qarşılaşma azərbaycanlılar üçün prinsialdı. Buna görə də matç ətrafında böyük ajitaj var.
 
- İlk üç oyundan sonra `İnter`in “Birlik Kuboku”ndakı çıxışıyla bağlı nə deyə bilərsiz?
- Hələlik `İnter` öz güclü oyununu göstərə bilməyib. Siz özünüz də gördünüz ki, asan rəqiblər düşmüşdü. Ancaq `İnter` daha güclü oyun da sərgiləyə bilər. Qələbə qazanmaq lazımdı. Hesab edirəm ki, kuboku qazana bilərik. Əsas özünəinamdı.
 
- Çoxları belə hesab edir ki, `İnter` zəif komandaların bolluğuna düşüb və heç bir rəqibi ondan güclü deyil...
- `Skonto` və `Zenit`in gənclərdən ibarət komandası çox yaxşı səviyyədədi. “Birlik Kuboku”nda bir sıra təcrübəli komandalar çıxış edir, hansı ki, bizə problem yarada bilərlər. Odu ki, gəlin turnirin başa çatmasını gözləyək. Finaldan sonra hamı biləcək ki, kim, nəyə qadirdi? Bütün komandalar bura qələbə üçün gəlib. `İnter` Azərbaycanı təmsil edir və maksimum nəticə göstərməyə borcludu.
 
- “Birlik Kuboku”ndan sonra sizi milli komandanın toplanışı gözləyir. Dərhal toplanışa yollanmaq problem yaratmayacaq ki?
- Bizim işimiz belədi. Çox şadam ki, milli komandayla yenidən yoldaşlıq görüşünə çıxacağıq. Komanda təcrübə topladıqca, daha da güclənir. Dubay toplanışı bizə seçmə mərhələ oyunları öncəsi bir qədər də artırmağa imkan verəcək. Axı biz mümkün qədər çox xal toplamağa çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.