19 yanvar 2011 14:22
Ramin Musayev: `İnter`in ermənilərlə oyunu öncəsi məni yalnız 1 şey qorxudur
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün “Birlik Kuboku”nun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək `İnter` (Azərbaycan) - `Mika` görüşü öncəsi fikirlərini bölüşüb. Vaxtilə `Neftçi` ilə Ermənistanın `Pünik` klubu üzərində tarixi qələbəmizin iştirakçılarından olmuş Musayev azerisport.az saytına müsahibəsində bunları dilə gətirib:
“Azərbaycan klubları ermənilərinkindən nisbətən güclüdü. Baxmayaraq ki, onlar milli komandaların FİFA reytinqində bizdən öndədilər. Bu da onun nəticəsidir ki, onlarda legioner futbolçular çox azdı. Bizdə isə vəziyyət bir qədər fərqlidi. Hesab edirəm ki, `İnter` bu gün mütləq `Mika`ya qalib gəlməlidi və başqa cür ola da bilməz. Mən artıq Dmitri Kruqlovla, Aleksandr Çertoqanovla, Valeri Abramidze ilə danışmışam və öz hisslərimi onlarla paylaşmışam. Düşünürəm ki, onlar məni anlayıblar və peşman etməzlər. Məni sadəcə bir şey narahat edir: `İnter`də azərbaycanlı futbolçuların az olması”.
