20 yanvar 2011 01:52
Arsenal da ikinci cəhddə bacardı (YENİLƏNİB)
İngiltərə Federasiya Kubokunda 3-cü mərhələnin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, əslində bu mərhələnin əksər cütlükləri qalibi bir oyunla müəyyənləşdirir.
Lakin qaydalara əsasən ilk 90 dəqiqə ərzində qalib müəyyənləşmədikdə, rəqib meydanında da cavab görüşü keçirilməlidi. Ötən həftə baş tutan çoxsaylı oyun içində yalnız 4 qarşılaşma var idi ki, heç-heçə başa çatdığından, cavab görüşünə ehtiyac var idi. Artıq bu görüşlərin hamısı keçirilib və xoşbəxtlər məlumdu. Bunlar doğma meydanda qələbə qazanan `Manchester City` və `Wolverhampton`la yanaşı, səfərdə sevinən `Stoke City` olub. `Arsenal` da ilk oyunda taleyini cavab oyununa saxlayanlardan idi ki, londonlular da səfər matçında sensasiyaya imkan verməyib.
İngiltərə FA Kuboku
3-cü mərhələ
18 yanvar
Cardiff City - Stoke City – 0:2 (ilk oyun 1:1)
Manchester City - Leicester City – 4:2 (ilk oyun 2:2)
Wolverhampton – Doncaster – 5:0 (ilk oyun 2:2)
19 yanvar
Leeds - Arsenal - 1:3 (ilk oyun 1:1)
