19 yanvar 2011 14:36
Aleksandr Starkovun ilk sınağı
Antalyada təlim-məşq toplantısını davam etdirən `Bakı` futbol klubu bu həftə 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, baş məşqçi Aleksandr Starkovun başçılığı altında gündə 2 məşq keçirən “zolaqlılar”ın 21 və 22 yanvar tarixlərində 2 yoxlama oyunu keçirəcəyi dəqiqləşib.
Ayın 21-də paytaxt komandası Qazaxıstanın `Akjayik` (Uralsk) klubu ilə qarşılaşacaq. Oyun komandamızın məskunlaşdığı "Susesi" otelinin bazasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14-də başlanacaq. Bir gün sonra isə `Bakı`nın rəqibi `Şaxtyor` (Karaqanda, Qazaxıstan) klubu olacaq.
Hazırda komandamızın düşərgəsində 21 futbolçu var. Dünən Antalyaya gələn Xalidu Sissoko və İbrahim Karqbonun bu gündən etibarən məşqlərə qatılacağı gözlənilir.
