21 yanvar 2011 16:35
Atletico da Real`ı dayandıra bilmədi (YENİLƏNİB)
İspaniya kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
`Sevilla` doğma meydanda `Villarreal` ilə qarşılaşıb. Həmin `Villareal` ki, bir həftə öncə səfərdə baş tutan qarşılaşma 3:3 hesablı sərfəli heç-heçəyə imza atmışdı. Lakin bu dəfə meydan sahibləri yenə rəqib qapısından 3 qol keçirməyi bacardığı halda, qonaqlar buna nail ola bilməyib. Nəticədə `Sevilla` ilk yarımfinalçı olub.
İkinci oyun günündə isə "Deportivo" doğma meydanda da "Almeria"ya məğlub olaraq kubokla vidalaşıb. "Barcelona" isə uduzmasına rəğmən, mərhələ adlayıb. Madrid derbisində isə yenə "Real" güclü olub.
İspaniya kuboku
1/4 final (cavab oyunları)
18 yanvar
Sevilla - Villarreal – 3:0 (ilk oyun 3:3)
19 yanvar
Deportivo - Almeria - 2:3 (0:1)
Real (Betis) - Barcelona - 3:1 (0:5)
20 yanvar
Atletico - Real (Madrid) - 0:1 (1:3)
